Bakıda xəstəxandan çıxaraq itkin düşən gənc qadın tapılıb

Bakıda xəstəxandan çıxaraq itkin düşən gənc qadın tapılıb Bakıda itkin düşmüş 29 yaşlı qadın tapılıb.
Hadisə
24 Dekabr , 2019 09:43
Bakıda xəstəxandan çıxaraq itkin düşən gənc qadın tapılıb

Bakıda itkin düşmüş 29 yaşlı qadın tapılıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 21-də saat 18 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü N.Məlikova müalicə olunduğu xəstəxandan çıxaraq itkin düşüb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində N.Məlikova tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi