Bakıda xarici vətəndaşın avtomobilindən 1600 manat oğurlanıb

Hadisə
  • 25 fevral, 2019
  • 08:15
Bakıda xarici vətəndaşın avtomobilindən 1600 manat oğurlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda avtomobildən pul oğurlayan şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xətai rayon Polis idarəsinin 37-ci polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 25-də “BMW” markalı avtomobilindən içərisində 1600 manat olan pulqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

44 filmi