Bakıda mənzildən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub

Bakıda mənzildən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub Hadisəni törədən şəxs polisə könüllü təslim olub
Hadisə
9 Fevral , 2017 12:12
Bakıda mənzildən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda üzərində zorakılıq əlamətləri olan meyiti tapılan qadının qətlə yetirildiyi müəyyən edilib.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü polisə gələrək hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi