Bakıda Türkiyə vətəndaşı qoca kişini avtomobillə vuraraq öldürüb

Bakıda Türkiyə vətəndaşı qoca kişini avtomobillə vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Fevral , 2017 11:45
Bakıda Türkiyə vətəndaşı qoca kişini avtomobillə vuraraq öldürüb

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşı yolu keçən qoca kişini avtomobillə vuraraq öldürüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunun Binə qəsəbəsində Türkiyə vətəndaşı İkram Əkən Salim idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini, 81 yaşlı Umudəli Mirzəyevi vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi