Bakı. 24 dekabr. REPORT.AZ/ Bakıda ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq aşkar edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Səbail, Qaradağ və Sabunçu rayonları ərazilərindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 14400 ədəd partlayıcı oyuncaq aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.