Bakıda təcili yardım maşını qəza törədib - FOTO

Bakıda təcili yardım maşını qəza törədib - FOTO Hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb
Hadisə
19 Sentyabr , 2016 13:37
Bakıda təcili yardım maşını qəza törədib - FOTO

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda təcili yardım maşını qəza törədib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda, Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, “Medical plaza” klinikasına məxsus “Təcili tibbi yardım” avtomobili işıqforun sarı işığından keçərkən “Lexus” markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Qeyd edək ki, “Təcili tibbi yardım” avtomobilində dərman preparatları daşınırmış.

Son xəbərlər

Orphus sistemi