Bakıda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb
Hadisə
- 16 noyabr, 2021
- 07:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 14-ü səhər saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
17:24
Azərbaycanda ötən il binaların söküntü xərci 46 %-dən çox artıb
İnfrastruktur
17:16
Sadır Japarov sabah Azərbaycana səfər edəcək
Xarici siyasət
17:15
Elbay Qasımzadə: Universitetləri regiona köçürüb yaşlı müəllimlərə deyək ki, istəyirsən, gəl, istəmirsən, gəlmə?
Daxili siyasət
17:14
Ali Radanın deputatı: Humanitar yardımlara görə Azərbaycan Prezidentinə minnətdarıq
Digər ölkələr
17:11
Foto
Azərbaycan ilə Kamboca arasında birgə hərbi təlimlərin keçirilməsi müzakirə olunub
Hadisə
17:10
Foto
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Xarici siyasət
17:06
AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizə üzrə monitorinqlər intensivləşdirilib
Sağlamlıq
17:06
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub
Hadisə
17:03
Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb
Xarici siyasət