Bakıda tanışının üstünə benzin tökərək yandıran şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda tanışının üstünə benzin tökərək yandıran şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı. 15 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində tanışının üstünə benzin tökərək yandırmaqda təqsirləndirilən Səbuhi Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 İyun , 2018 11:02
Bakıda tanışının üstünə benzin tökərək yandıran şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 15 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində tanışının üstünə benzin tökərək yandırmaqda təqsirləndirilən Səbuhi Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Ağayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. Səbuhi Ağayev münaqişə zəminində tanışı Anar Muradovun üzrərinə benzin tökərək yandırıb.

Hadisə zamanı S.Ağayevin sərxoş olduğu qeyd edilib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

İttiham tərəfinin qənaətinə görə, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb.

Buna görə də S.Ağayevə Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi