Yuxarı
    Bağlamaq

    Bakıda tanışını döyüb öldürən şəxsə hökm oxunub

    Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən proses başa çatıb

    Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sərxoş adamı döyərək ölümünə səbəb olan Nəsrulla Zaqidulinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə N.Zaqidulin 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2014-cü ilin dekabrın 24-də Səbail rayonunda baş verib. Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilib və dekabrın 27-də orada ölüb.

    Dekabrın 27-də Maya Nikolayevna Batolova Səbail Rayon Plils İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinə (PB) müraciət edərək dekabrın 24-də oğlu İ.Samoylenkonun naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.

    Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini N.Zaqidulin tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi