Bakıda tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda tanışını bıçaqlayan şəxsə hökm oxunub Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əlyar Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Oktyabr , 2018 13:20
Bakıda tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əlyar Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsini 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edib.

Hökmə əsasən, Ə.Osmanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 7-də Binəqədidə baş verib. 

Son xəbərlər

Orphus sistemi