Tanışı tərəfindən bıçaqlanan şəxs şikayətçi olmayıb

Tanışı tərəfindən bıçaqlanan şəxs şikayətçi olmayıb Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Əlyar Osmanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
12 Sentyabr , 2018 12:57
Tanışı tərəfindən bıçaqlanan şəxs şikayətçi olmayıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Əlyar Osmanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Xaliq Kələntərov ifadə verib.

O söyləyib ki, Ə.Osmanovla münasibətləri yaxşı olub, hadisə baş verən gün isə içkili olublar: "Hadisə anlaşılmazlıqdan baş verib. Səbəb yoxdur. Sadəcə bir-birimizi başa düşməmişik".

Zərərçəkmiş təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirib.

Məhkəmədə məlum olub ki, hadisədən əvvəl X.Kələntərov manqaldan köz götürərək Ə.Osmanovun arxasınca qaçıb. Buna səbəb isə aralarında yaranmış mübahisə olub.

Daha əvvəl həbsxana həyatı yaşayan X.Kələntərov tanışı Ə.Osmanova irad bildirib ki, həbsdə olanda onun yanına niyə gəlməyib və həbsdən çıxandan sonra niyə ona salam verməyib. Mübahisə də bununla başlayıb.

X.Kələntərov da məhkəmədə qeyd edilənləri təsdiqləyib.

Məhkəmənin növbəti iclası sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il martın 7-də Binəqədidə baş verib. Çoxsaylı bıçaq yarası alan 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıb.

5 bıçaq yarası alan X.Kələnyərovun həyatını xilas etmək mümkün olub.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Osmanov Əlyar Əskər oğlunu saxlayıb.

Məlum olub ki, bıçaqlanan X.Kələntərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Ə.Osmanov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi