Bakıda sürücü piyadanı vuraraq ərazidən qaçıb

Bakıda sürücü piyadanı vuraraq ərazidən qaçıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 İyun , 2017 08:27
Bakıda sürücü piyadanı vuraraq ərazidən qaçıb

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda sürücü piyadanı vuraraq ərazidən qaçıb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Hacıyev Yusif Rauf oğlunu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Xəsarət alan şəxs yoldan keçən sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi