Bakıda sürücü ilə tanışlıqdan imtina edən qadın döyülüb
Hadisə
- 05 may, 2017
- 06:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 may. REPORT.AZ/ Bakıda gecə saatlarında 41 yaşlı qadınla tanış olmaq istəyən şəxs onu döyüb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Füzuli meydanının qarşısında 1976-cı il təvəllüdlü Günay Qurbanova yolu piyada keçərkən "Mercedes" markalı avtomobilin sürücüsü tanış olmaq üçün ondan telefon nömrəsini istəyib. Lakin qadın ona "yox" cavabı verib. Avtomobildən enərək qadına yaxınlaşan şəxs onunla mübahisə edib. Daha sonra sürücü (hələlik adı açıqlanmır) onun üz nahiyəsinə bir neçə zərbə vurub. G.Qurbanovanın qulağı cırılıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Son xəbərlər
11:12
Rusiya İƏT ölkələri ilə maliyyə cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq təklif edib
Xarici siyasət
11:11
Vəcihə Harris: Bakı forumunda dünya üçün aktual və faydalı mövzulara toxunulur
Xarici siyasət
11:11
MFC-nin keçmiş rəhbəri: "Mikromaliyyələşmə yüksək gəlirli iqtisadiyyata keçidi dəstəkləyə bilər"
Maliyyə
11:06
Foto
"Baku Steel Company" Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib
Sənaye
11:06
Aydan Ramazanova: Təhsili qadınların iqtisadi imkanları ilə əlaqələndirmək lazımdır
Elm və təhsil
11:04
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
11:04
İƏT-in Baş katibi korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb
Digər ölkələr
11:03
Hurşid Rüstəmov: "Emissiyaların azaldılmasında kompleks transformasiya vacibdir"
Maliyyə
11:03
Foto
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
Futbol