Şirvanda soyğunçu özünü bıçaqlayıb

Şirvanda soyğunçu özünü bıçaqlayıb O, xəstəxanaya yerləşdirilib
Hadisə
22 Fevral , 2016 15:15
Şirvanda soyğunçu özünü bıçaqlayıb

Bakı. 22 fevral. REPORT.AZ/ Şirvan şəhərində soyğunçu özünü bıçaqlayıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, fevralın 17-də Şirvan şəhərində şəhər sakini Günel Ağayevanın 230 manatını soyğunçuluq yolu ilə alan həmyerlisi, əvvəllər məhkum olunan Pərviz Muradov fevralın 19-da polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə bıçaqla özünə qarın nahiyəsindən daxilə nüfuz etməyən xəsarət yetirib.

P.Muradov xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi