Bakıda şirniyyat mağazasının işçisi oğurluq etdi

Bakıda şirniyyat mağazasının işçisi oğurluq etdi Bakıda şirniyyat mağazasında oğurluq hadisəsi baş verib.
Hadisə
27 Avqust , 2020 09:20
Bakıda şirniyyat mağazasının işçisi oğurluq etdi

Bakıda şirniyyat mağazasında oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 27-dən avqustun 25-dək müddət ərzində Binəqədi rayonu S.Məmmədova küçəsindəki şirniyyat mağazalarının birində qeydə alınıb.

Belə ki, naməlum şəxs Ş.Hüseynovun icarə əsasında işlətdiyi mağazanın paltardəyişmə otağında şalvarının cibindən 770 manat pul oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şirniyyat mağazasının işçisi, 1996-cı il təvəllüdlü A.Salahova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi