Bakıda silsilə oğurluqlar edən şəxslərin apellyasiya şikayətlərinə baxılıb

Bakıda silsilə oğurluqlar edən şəxslərin apellyasiya şikayətlərinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
21 Sentyabr , 2016 09:37
Bakıda silsilə oğurluqlar edən şəxslərin apellyasiya şikayətlərinə baxılıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyev barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən il fevral ayının 1-də Bakı şəhər sakinləri İ.Ağayev, V.Qurbanov və N.Şirəliyev Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Alış Nağıyev, Amil Xankişiyev, Əlisəfa Mustafayev, Aytəkin Piriyeva, Əlislam Qasımov və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşya və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Bu il iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qurbanovla N.Şirəliyevin hər biri 8 il 6 ay və İ.Ağayev isə 7 il isə müddətində azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi