Bakıda “Shacman” sərnişin avtobusuna çırpılıb - VİDEO

Bakıda “Shacman” sərnişin avtobusuna çırpılıb - VİDEO Video əlavə olunub
Hadisə
22 İyun , 2018 13:04
Bakıda “Shacman” sərnişin avtobusuna çırpılıb - VİDEO
0 : 00
0 : 00

Video əlavə olunub


*** 12:35

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

“Report”un xəbərinə görə, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını “Xaliq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi