FHN ayaqqabı sexindəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-2

Hadisə
  • 19 yanvar, 2023
  • 18:55
FHN ayaqqabı sexindəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ayaqqabı sexində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən "Report"a daxil olan məlumatda deyilir ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m², qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, 1 ədəd elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.

Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:00

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən toxuculuq sexində baş verən yanğın söndürülüb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın elektrik naqillərində olan qısaqapanmadan yaranıb.

20:32

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən sexlərin birində yanğın başlayıb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın müxtəlif sexlərin yerləşdiyi ərazidə qeydə alınıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.