Bakıda sərxoş vəziyyətdə olan gənc oğlan küçədə ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sərxoş vəziyyətdə olan gənc oğlan küçədə ölüb - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
28 İyul , 2018 15:56
Bakıda sərxoş vəziyyətdə olan gənc oğlan küçədə ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 07:00

Bakı. 28 iyul. REPORT.AZ/ Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.

"Report"un xəbərinə görə, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

Belə ki, hadisə şahidlərinin "Report"un əməkdaşına verdiyi məlumata görə, təxminən 25-30 yaşlı oğlan sərxoş vəziyyətdə yolun kənarında  halı qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib. Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova "Report"a bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən 1 saat müddətində gəlib.

Təcili Tibbi Yardım Xidmətinin həkimi isə "Report"un əməkdaşının suallarını cavablandırmaqdan boyun qaçırıb.

Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

***

Küçədə ölən gəncin Sabirabad rayon sakini 30 yaşlı Elman Hüseynov olduğu məlum olub. 

Son xəbərlər

Orphus sistemi