Bakıda sərnişin avtobusu taksinin güzgüsünü sındırıb - FOTO

Bakıda sərnişin avtobusu taksinin güzgüsünü sındırıb - FOTO Bakı. 16 mart. REPORT.AZ/ Bakıda 18 nömrəli marşrut avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə
16 Mart , 2018 11:20
Bakıda sərnişin avtobusu taksinin güzgüsünü sındırıb - FOTO
Report

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda 18 nömrəli marşrut avtobusu minik avtomobili ilə toqquşub.

"Report"un xəbərinə görə, hadisə metronun "20 yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, Moskva prospektindən Müzəffər Həsənov küçəsinə dönən avtobus yolun kənarında dayanan "Azsamand" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 99-AB-749 dövlət nömrə nişanlı minik avtomobilinin sol yan güzgüsü qırılıb.

"Azsamand" sürücüsünün iddiasına görə, bu həftə ərzində 18 nömrəli marşrut avtobus ikinci dəfədir onun avtomobilini əzir: "Birinci dəfə sürücü hadisə yerindən uzaqlaşmışdı".


****

18 saylı xəttin məxsus olduğu “Xaliq Faiqoğlu” şirkətindən "Report"a bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olan “Azsamand” markalı avtomobil yolun hərəkət hissəsində dayanma-durma qaydasını pozduğu və avtobus dayanacağını zəbt ediyi üçün 12 metrlik avtobusun dönməsinə mane olub və sürtülmə baş verib: "Minik maşınları tərəfindən dayanacaqların, yol kənarlarının zəbt olunması adi hala çevrilib. Taksi fəaliyyəti ilə məşğul olan minik maşınları yolun hərəkət istiqamətində üç sıra duraraq hərəkəti iflic edirlər, o cümlədən avtobusların hərəkətinə mane olurlar. Müvafiq qurumlardan bu hallara qarşı ciddi tədbir görülməsini xahiş edirik".

Son xəbərlər

Orphus sistemi