Bakıda sərnişin avtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO

Bakıda sərnişin avtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Aprel , 2017 11:15
Bakıda sərnişin avtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO
Report.az

Bakı. 10 aprel. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 211 saylı “Daewoo” sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi