Bakıda sərnişin avtobusu qəza törədib - FOTO

Bakıda sərnişin avtobusu qəza törədib - FOTO Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib
Hadisə
10 Yanvar , 2017 16:08
Bakıda sərnişin avtobusu qəza törədib - FOTO

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Fəhlə prospektində qeydə alınıb.

Belə ki, 46 saylı sərnişin avtobusu "Kia" markalı minik avtomobili ilə toqquşub.

"Kia"nın sürücüsünün verdiyi məlumata görə, o dönmə əməliyyatı edərək əks yola çıxıb. Avtomobilin arxası ilə sürətlə hərkətdə olan sərnişin avtobusu "Kia"nın arxasına çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq qaz yanacaqdoldurma məntəqəsinin səkisinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdir müavini Mayis Ağayev “Report”a açıqlama verib. O bildirib ki, ilkin araşdırmalar zamanı hadisəyə "Kia" markalı avtomobilin yol hərəkəti qaydalarına əməl etməməsinin səbəb olduğu üzə çıxıb: “Amma dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq. Sərnişinlər arasında isə xəsarət alan olmayıb”.

Son xəbərlər

Orphus sistemi