Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.
Hadisə
12 Oktyabr , 2022 17:32
Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının Xətai rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması zamanı xəsarət alan iki nəfər Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb:

“Digər yaralıya da ilkin tibbi yardım göstərilib, hazırda onun müayinə və müalicəsi davam edir”.

14:51

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Xətai rayonu, metropolitenin "Əhmədli" stansiyasının yaxınlğında qeydə alınıb.

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi