Yuxarı
    Bağlamaq

    Bakıda sərnişin avtobusu 35 yaşlı kişini vuraraq ərazidən uzaqlaşıb

    Yaralının vəziyyəti orta-ağırdır

    Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda 30 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu 35 yaşlı kişini vurub.

    "Report"un xəbərinə görə, hadisə Keşlə qəsəbəsində "Monte Karlo" şadlıq sarayının yaxınlığında baş verib.

    Belə ki, 1981-ci il təvvəllüdlü Orucov Səyyaf Niyazi oğlu yolun kənarı ilə hərəkət edən zaman onu 30 nömrəli sərnişin avtobusu vuraraq ərazidən uzaqlaşıb. Nəticədə S.Orucov ağır bədən xəsarətləri alıb.

    Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

     Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılıb. 

    İlkin araşdırma zamanı məlum olub ki, piyada S.Orucov sərxoş vəziyyətdə olub. O, yol kənarı ilə hərəkət edən zaman qəfil avtobusun qarşısına çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi