Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bakı. 13 dekabr. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.
Hadisə
13 Dekabr , 2018 12:01
Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi