Yuxarı

​Bakıda quldurluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin baxış iclası iyulun 18-nə təyin edilib

Bakı. 12 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Natiq İbrahimov və Nicat İmanovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Bakı şəhər sakinlərinə qarşı quldurluq edib. Zərərçəkmişlər bununla bağlı polisə müraciət edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.İmanov və N.İbrahimov saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İbrahimov 9 il, N.İmanov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumların müdafiəçiləri apellyasiya şikayəti veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi