Bakıda qonşusunu bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda qonşusunu bıçaqlayan şəxsin məhkəməsi başlayır Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Oruc Maşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 Dekabr , 2021 09:17
Bakıda qonşusunu bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Oruc Maşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, işə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il avqustun 4-də Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il Oruc Maşayev qonşusu Gülbala Əmirovu münaqişə zəminində bıçaqlayıb. O.Maşayev qonşusuna 3 bıçaq zərbəsi endirib.

Daha sonra o, tutularaq istintaqa təhvil verilib.

Son xəbərlər

Orphus sistemi