Bakıda şahid qohumunu tüfənglə vuran şəxsin məhkəməsinə gəlməyib

Bakıda şahid qohumunu tüfənglə vuran şəxsin məhkəməsinə gəlməyib Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib
Hadisə
17 Oktyabr , 2016 11:39
Bakıda şahid qohumunu tüfənglə vuran şəxsin məhkəməsinə gəlməyib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində şahid qismində adı keçən polis əməkdaşı Elçin Qənbərovun məhkəməyə gəlmədiyi elan olunub.

Təqsirləndirilən şəxsin vəkili Namiq Hacıyev məhkəmədən vaxt istəyib. O, şahidin məhkəmə iclasında ifadə verməsini tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

M.Fəsədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi