Bakıda qohumuna qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bakıda qohumuna qarşı dələduzluq edən şəxsə hökm oxunub Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
11 İyul , 2018 12:00
Bakıda qohumuna qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Fərid Nağıyev çıxışında E.Məmmdədovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, E.Məmmədov öz qohumu Orxan Mehrəliyevə qarşı dələduzluq edib.

Belə ki, o, qohumundan 10 min manat pul alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib. Lakin o, vədinə əməl edə bilməyib.

Qeyd edək ki, E.Məmmədova qarşı Ağdam rayonunun sabiq icra başçısı Raqub Məmmədov şikayətçi olub. R.Məmmədov icra başçısı olan zaman E.Məmmədovun onun barəsində böhtan xarakterli yazılar yazmasına görə şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi