Bakıda qoca kişinin mənzilindən 1500 manat oğurlandı

Bakıda qoca kişinin mənzilindən 1500 manat oğurlandı Bakıda 82 yaşlı kişinin evindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
21 Fevral , 2020 10:07
Bakıda qoca kişinin mənzilindən 1500 manat oğurlandı
stock.adobe.com

Bakıda 82 yaşlı kişinin evindən oğurluq edən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 18-də, paytaxtın Nərimanov rayonu, “Azadlıq” prospekti əzisində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1938-ci il təvəllüdlü O.Şerbakovun mənzilindən onun fikrini yayındıraraq, içərisində 1500 manat olan pulqabını oğurlayıb.

Daha sonra O.Şerbakov Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rasim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi