Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
21 Noyabr , 2018 13:24
Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Mehtiyevin ittiham olunduğunu 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə, 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün zor tətbiq etmə) maddəsinin isə 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə keçirilməsini istəmişdi. Prokuror onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlunun aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi