Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
5 Oktyabr , 2018 13:49
Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlunun aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 22-də A.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, A.Mehtiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi rayon Polis idarəsinin müvəqqəti saxlama yerinə aparılarkən idarənin Post-patrul xidməti bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi Rayon Prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və həmin cinayət işi Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

Son xəbərlər

Orphus sistemi