Bakıda qətl törədən keçmiş məhkumların məhkəməsi başlayıb

Bakıda qətl törədən keçmiş məhkumların məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirlən Vəli Əliyev və Füzuli Nəcəfovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
1 İyul , 2019 13:49
Bakıda qətl törədən keçmiş məhkumların məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirlən Vəli ƏliyevFüzuli Nəcəfovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, baxış iclası növbəti həftəyə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Bakıda baş verib. “Nizami” metro stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Həmin şəxslər Emini ürək nahiyəsindən bıçaqla vurublar.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi