Bakıda qadının mənzilindən yarım milyon manatlıq qızıl oğurlanıb

Bakıda qadının mənzilindən yarım milyon manatlıq qızıl oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
134
21 Sentyabr , 2016 15:49
Bakıda qadının mənzilindən yarım milyon manatlıq qızıl oğurlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda mənzildən 500 min manatlıq qızıl-zinyət əşyaları və 50 min manat pul oğurlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 34 yaşlı Ləyaqət Misirova Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə müraciət edərək bu ilin avqust ayından sentyabrın 18-dək yaşadığı mənzildən 500 min manatlıq qızıl-zinyət əşyaları və 50 min manat pul oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi