Bakıda qadının evindən 4 min manatlıq oğurluq edildi

Bakıda qadının evindən 4 min manatlıq oğurluq edildi Bakıda oğurluq hadisəsi baş verib.
Hadisə
28 Fevral , 2020 09:58
Bakıda qadının evindən 4 min manatlıq oğurluq edildi
stock.adobe

Bakıda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə fevralın 24-də günorta saatlarında paytaxtın Xəzər rayon, Buzovna qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər S.Niftəliyevaya məxsus evdən pəncərənin dəmir barmaqlığını sındırmaqla otaqdan 550 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Daha sonra bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

DİN, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri müasir üsul və yeni metodla naməlum şəraitdə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü S.Poladov və onun həmyaşıdı R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi