Bakıda qadına zor tətbiq etməklə soyğunçuluqda təqsirləndirilənin məhkəməsi başlayır

Bakıda qadına zor tətbiq etməklə soyğunçuluqda təqsirləndirilənin məhkəməsi başlayır Bakıda qadına qarşı zor tətbiq etməklə soyğunçuluq etməkdə ittiham edilən Qəzənfər Kişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Oktyabr , 2019 16:36
Bakıda qadına zor tətbiq etməklə soyğunçuluqda təqsirləndirilənin məhkəməsi başlayır

Bakıda qadına qarşı zor tətbiq etməklə soyğunçuluq etməkdə ittiham edilən Qəzənfər Kişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Hakim Tərlan Əkbərovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. G.Kazımova adlı qadın Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edərək naməlum şəxsin ondan zorla içərisində 970 manat pulu və mobil telefonu olan pulqabısını aldığını bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən Binə sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Kişiyev saxlanılaraq istintaqa cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4. (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi