Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Noyabr , 2018 17:56
Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, R.Muradov sosial şəbəkədə tanış olduğu, daha sonra isə aralarında yaxın münasibət yaranmış Sevinc Qasımovaya (ad və soy ad şərtidir) qarşı külli miqdarda dələduzluq edib.

Son xəbərlər

Orphus sistemi