Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda qadına qarşı soyğunçuluq cəhdi olub.
“Report” DİN-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs qəsəbə sakini Şəlalə Xasıyevaya zor tətbiq edərək çantasını almağa cəhd göstərib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elxan Nuriyev tutulub.
Araşdırmalar davam etdirilir.