Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Hadisə
  • 28 yanvar, 2017
  • 08:09
Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Bakı şəhər sakini Nailə Xairovaya zor tətbiq edərək içərisində qızıl əşyaları olan pul kisəsini almaqda şübhəli bilinən Elmar Süleymanov tutulub.

44 filmi