Bakıda qadına qarşı soyğunçuluqda təqsirləndirilənin məhkəməsi başlayıb
- 28 sentyabr, 2019
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Rauf Təhməzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynin icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyul ayında paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Muradova Ziyali Əfsəddin qızı polisə müraciət edərək bildirib ki, yaşadığı ünvanın qarşısında olarkən tanımadığı naməlum kişi ona qəfil hücum edib.
Naməlum şəxs onun içərisində 90 manat, sənədləri və "Samsung" markalı mobil telefonu olan çantasını alaraq hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1982-ci il təvəllüdlü Təhməzov Rauf Şiraslan oğlu tutularaq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham verilib.