Bakıda qadın evdən 5 min manatlıq oğurluq etdi

Bakıda qadın evdən 5 min manatlıq oğurluq etdi Bakıda evdə oğurluq hadisəsi baş verib.
Hadisə
681
3 Avqust , 2020 12:59
Bakıda qadın evdən 5 min manatlıq oğurluq etdi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Fərəcova saxlanılıb.
 

Orphus sistemi