Bakıda prorektorun pulunu oğurlayan şəxs dindirilib

Bakıda prorektorun pulunu oğurlayan şəxs dindirilib Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda prorektorun pulunu oğurlayan şəxsi oğurlamaqda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin məhkəmə iclası davam etdirilib.
Hadisə
21 Dekabr , 2017 12:52
Bakıda prorektorun pulunu oğurlayan şəxs dindirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda prorektorun pulunu oğurlayan şəxsi oğurlamaqda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamşısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittihamla özlərini təqdirli bilmədiklərini söyləyiblər.

Məhkəmədə zərərçəkmiş, hazırda həbsdə olan P.Quliyev dindirilib. P.Quliyev bildirib ki, təqsirləndirilən şəxslər onu oğurlamayıb, pul tələb etməyiblər.

Xatırladaq ki, ittiham aktına əsasən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasov və Vüqar Vəliyev Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlayıb. Bu ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ələkbərov 7 il, P.Quliyev, R.Abbasovun hər biri 9 il, V.Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttiham aktına əsasən, təqsirləndirilən Ş.Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyev tərəfindən 2016-cı ilin yanvarında Odlar Yurdu Universitetindən külli miqdarda pul oğurlanması haqqında məlumat alıb. Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə P.Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün Pərviz Quliyevin onlara da pul verməli olduğunu bildiriblər.

P.Quliyev isə onların bu tələbini rədd edib. 2016-cı il martın 13-də kafedən çıxarkən onlar P.Quliyevin qabağını kəsib, ona zor tətbiq etməklə, A.Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər P.Quliyevdən 18 min manat pul alıblar.

Son xəbərlər

Orphus sistemi