Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayıb

Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayıb Bakı. 12 yanvar. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Dilqəm Umudovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
12 Yanvar , 2019 17:00
Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Dilqəm Umudovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 7-də saat 9 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə Bakı şəhər sakini D.Umudov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Son xəbərlər

Orphus sistemi