Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən sürücünün ibtidai istintaqı yekunlaşıb Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Dilqəm Umudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
7 Yanvar , 2019 10:54
Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Dilqəm Umudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il noyabrın 7-də saat 9 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə Bakı şəhər sakini D.Umudov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Son xəbərlər

Orphus sistemi