Bakıda piyadanı vuran avtomobilin sürücüsü özünü polis kimi təqdim edərək qaçıb
Hadisə
- 14 mart, 2018
- 04:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 mart. REPORT.AZ/ Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.
1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Yaralının yaxınlarının "Report"a verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Son xəbərlər
21:47
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Region
21:44
Türkiyədə TIR-la mikroavtobus toqquşub, 7 nəfər ölüb
Region
21:36
Polşada terror aktında ölənlərin sayı 6-ya çatıb, 15 nəfər yaralanıb - Yenilənib-2
Digər ölkələr
21:30
Foto
Sevilyada məşhur fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
21:17
Foto
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Daxili siyasət
21:02
Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Digər ölkələr
20:42
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Xarici siyasət
20:33
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Daxili siyasət
20:28
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
Futbol