Bakıda piyada ölümü ilə nəticələnən avtoqəza olub
Hadisə
- 07 yanvar, 2025
- 05:58
Bakıda avtomobil təxminən 40-45 yaşlarda kişini vurub.
"Report" xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan piyadanı vurub.
Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Son xəbərlər
13:23
"Level Leasing" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə13:15
Azərbaycanda pensiya xərcləri 10 % artıb
Maliyyə13:11
Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
Daxili siyasət13:05
Ukrayna Aİ-yə inteqrasiya üzrə bütün danışıqlar fəsillərini açmağa hazırdır
Digər ölkələr13:03
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Fərdi13:03
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq
Ekologiya13:03
Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək
Digər ölkələr13:02
Video
Azərbaycan və Slovakiya prezidentlərinin Şuşa görüşündən video paylaşılıb
Xarici siyasət12:59