Bakıda parkda 34 yaşlı kişi başından bıçaqlanıb

Bakıda parkda 34 yaşlı kişi başından bıçaqlanıb Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
3 Mart , 2017 09:51
Bakıda parkda 34 yaşlı kişi başından bıçaqlanıb

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda 34 yaşlı kişi başından bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsi ərazisində yerləşən parkda 1983-cü il təvəllüdlü Quliyev Rövşən Seymur oğlu tanımadığı gənc oğlanla (hələlik adı açıqlanmır) mübahisə edib. Nəticədə naməlum şəxs R.Quliyevin üz, baş və budundan bıçaqlayıb. Naməlum şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi