Yuxarı

Bakıda özünü körpüdən atmaq istəyən şəxs ikinci dəfə xilas edilib

Sözügedən şəxs noyabrın 13-də də intihara cəhd edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Paytaxt Bakıda növbəti intihar cəhdinin qarşısı alınıb.

"Report" xəbər verir ki, Bakı sakini Zamiq İbrahimov “Koroğlu” metrostansiyası yaxınlığındakı körpünün üzərinə çıxaraq ikinci dəfə intihara cəhd edib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizlik tədbirləri gördükdən sonra, Z.İbrahimovla danışıqlar aparmağa başlayıblar və nəticədə onu ikinci dəfə niyyətindən döndərmək mümkün olub.

Sözügedən şəxs noyabrın 13-ü gecə saatlarında eyni yerdə intihara cəhd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi