Bakıda özlərini Britaniya və Almaniya vətəndaşları kimi təqdim edən Pakistan və İraq vətəndaşları tutulublar

Bakıda özlərini Britaniya və Almaniya vətəndaşları kimi təqdim edən Pakistan və İraq vətəndaşları tutulublar Bakı. 27 aprel. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları aprelin 24-də və 25-də 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədi ilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısını alıb.
Hadisə
27 Aprel , 2018 09:34
Bakıda özlərini Britaniya və Almaniya vətəndaşları kimi təqdim edən Pakistan və İraq vətəndaşları tutulublar
Dsx.gov.az

Bakı. 27 aprel. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları aprelin 24-də və 25-də 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədi ilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısını alıb.

Bu barədə “Report”a DSX-dan məlumat verilib.

Məlumata görə, aprelin 24-də “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub.

Aprelin 25-də “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranmıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkar olunub, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi