Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb

Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub
Hadisə
2089
3 Mart , 2021 12:20
Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki mağazaların birində quraşdırılan içərisində 3 953 manat pul olan “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi